Yüksək vəzifə verilən Anar Qocayev məşhur polkovnikin qardaşı oğludur - FOTO

10:40 - 06 Yanvar 2026

Yüksək vəzifə verilən Anar Qocayev məşhur polkovnikin qardaşı oğludur - FOTO

Ədliyyə naziri Fərid Əhmədovun əmri ilə Cəzaların icrasına nəzarət Baş idarəsinin rəisi vəzifəsinə təyin olunan Anar Qocayev Azərbaycanın məşhur polkovnikinin qardaşı oğludur.


Manset.az-ın əldə etdiyi məlumata görə, Ədliyyə Nazirliyində idarə rəisi təyin edilən Anar Qocayev keçmiş polis rəisi, həmçinin Ədliyyə Nazirliyinin regional icra xidmətinin rəisi olmuş polkovnik Nizami Qocayevin qardaşı oğludur.

Belə ki, Anar Qocayev Nizami Qocayevin qardaşı, keçmiş Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində vəzifə tutmuş Eldar Qocayevin oğludur

Fotoda Nizami Qocayev


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az