Türkiyə Respublikasının vitse-prezidenti Cevdet Yılmaz Azərbaycana səfər edəcək.
Manset.az APA-ya istinadən xəbər verir ki, Cevdet Yılmaz 2-3 aprel tarixlərində Bakıya gələcək.
Onun Bakıda keçiriləcək Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin hökumət başçıları və vitse-prezidentlərinin iclasında iştirakı nəzərdə tutulur.