Fransa səfirindən Naxçıvana hücumla bağlı PAYLAŞIM

17:17 - 05 Mart 2026

Fransa səfirindən Naxçıvana hücumla bağlı PAYLAŞIM

Fransanın Azərbaycandakı səfiri Sofi Laqut Naxçıvana dron hücumunu tənqid edib.


Manset.az xəbər verir ki, səfir bu barədə “X” hesabında paylaşım edib.

“İranın bu gün günorta saatlarında Naxçıvana qarşı həyata keçirdiyi dron hücumları Azərbaycanın təhlükəsizliyinə və ərazi bütövlüyünə qarşı qəbuledilməz bir addımdır. Regional sabitliyi pozan bu hərəkəti və beynəlxalq hüququn pozulmasını qətiyyətlə pisləyirəm. Düşüncələrim və həmrəyliyim bu hadisədən zərər çəkmiş əhali ilə, xüsusilə də, təəssüf ki yaralanmış 4 nəfərlədir. Onların tezliklə sağalmasını arzulayıram”, - Laqut paylaşımında bildirib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az