Kəlbəcərə 6-cı köç karvanı - Onlar doğma yurda qayıtdı

18:45 - 02 Aprel 2026

Kəlbəcərə 6-cı köç karvanı - Onlar doğma yurda qayıtdı
  • 2 aprel 2026-cı il tarixində böyük qayıdış çərçivəsində Kəlbəcərə sayca 6-cı köç gəlib. Ölkə başçısının Sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində yenidən qurulan Kəlbəcər şəhərinə sayca 6-cı köç karvanı ilə doğma sakinləri qayıdıb. 


Manset.az xəbər verir ki, Kəlbəcər şəhəri birinci yaşayış məhəlləsinə ailələrin köçürülməsi mərasimində Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, “Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti”nin və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər. Ailə başçılarına mənzillərin açarları təqdim olunub, həmin mənzillər fasiləsiz olaraq su, elektrik, istilik, yüksək sürətli internetlə təmin olunub.

Kəlbəcər şəhərinə növbəti köç karvanı ilə Bakı, Gəncə və respublikanın müxtəlif bölgələrindən 27 ailə, ümumilikdə 113 nəfər (56-ı kişi, 57-i qadın olmaqla) köçürülüb. Sakinlər arasında 16 təqaüdçü, 3 nəfər azyaşlı, 25 şagird və 3 müharibə veteranı yer alır.  Bununla da şəhərin I yaşayış məhəlləsində birinci mərhələ üzrə ümumilikdə 162 (680 nəfər) ailənin qayıdışı təmin edilib.

Köçürülən əhali müxtəlif yaş kateqoriyalarını əhatə edir. Əmək qabiliyyətli sakinlər əsasən dövlət və özəl sektorda müxtəlif istiqamətlər üzrə əmək fəaliyyəti ilə məşğul olur, bir sıra dövlət qurumlarında, xidmət, infrastruktur və istehsal sahələrində çalışırlar.

Qeyd edək ki, Kəlbəcər şəhərinə qayıdış prosesi mərhələli şəkildə davam etdirilir və dayanıqlı məskunlaşmanın təmin olunması istiqamətində işlər ardıcıl olaraq həyata keçirilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az