logo
logo logo
logo

"Azərbaycanda bütün etnik qrupların, dinlərin nümayəndələri bir ailə kimi yaşayır" - Dövlət başçısı 

10:17 - 27 Oktyabr 2026

\"Azərbaycanda bütün etnik qrupların, dinlərin nümayəndələri bir ailə kimi yaşayır\" - Dövlət başçısı 

Azərbaycanda bütün etnik qrupların, dinlərin nümayəndələri bir ailə kimi yaşayır.


Manset.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakıda "Ortaq gələcək naminə dialoq" mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində çıxışında deyib.

Dövlət başçısı bildirib ki, Azərbaycanın sabit inkişafının səbəblərindən biri cəmiyyətdə olan ahəngdarlıqdır

"Multikulturalizm, dini və etnik tolerantlıq ənənələri bizim xalqlarımızın əsrlər boyu gətirdiyi irsdir. Biz bunu yüksək qiymətləndiririk. Bütün etnik qrupların, dinlərin nümayəndələri nəinki konstitusyamız sayəsində bərabər hüquqlara malikdir, o cümlədən bir ailə kimi yaşayır. Biz həqiqətən çox yüksək səviyyədə həmrəyliyi, qarşılıqlı anlaşma və hörməti görürük. Biz hamımız milli ideyalar ətrafında birləşirik. Necə deyərlər, azərbaycançılıq Azərbaycanın bütün xalqlarını bir araya gətirir. Bu birlik müstəqillik tariximizin ən çətin mərhələlərində özünü büruzə verib".


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az