Macarıstan və Rusiya qaz tədarükü ilə bağlı müqavilələri DAVAM ETDİRƏCƏK

12:20 - 06 Mart 2022

Macarıstan və Rusiya qaz tədarükü ilə bağlı müqavilələri DAVAM ETDİRƏCƏK

Rusiya qazının tədarükü Macarıstan üçün vacibdir və Budapeşt Moskva ilə bu sahədə əməkdaşlığı davam etdirmək istəyir.

 

Manset.az xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto deyib.O, eyni zamanda Macarıstan müxalifətinin Rusiya qazının alınmasından imtina etmək təklifi ilə tam razılaşmadığını bildirib.

“Əgər müxalifətin qaz tədarükünü dayandırmaq təklifi qüvvəyə minsəydi, o zaman Macarıstanda istilik və sənaye sistemi şirkətləri müflis olardı”

“Qaz tədarükü Avropa qaydalarına tam uyğundur, çünki “Qazprom” heç bir formada sanksiyalar siyahısına daxil edilməyib” – deyə o, əlavə edib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az