“Biz hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişik”.
Manset.az xəbər verir ki, bunu Latviya Respublikasının Baş nazirinin müavini, müdafiə naziri Artis Pabriks deyib.
“Biz anlayırıq ki, Azərbaycanla Avropa İttifaqı əlaqələri dərinləşdirilməlidir. Həmçinin, Azərbaycanla NATO ölkələri arasında çox yaxşı əlaqələr görmək istəyirəm. Latviya Azərbaycanın həqiqi dostudur və bu, hər zaman olacaq”, latviyalı nazir qeyd edib.
Artis Pabriks Latviya ilə Azərbaycan arasında müdafiə sahəsi üzrə əməkdaşlıqla bağlı böyük perspektivin olduğunu da vurğulayıb.