Böyük Britaniya Azərbaycanı yerli şirkətlərlə əməkdaşlığa dəvət edir

17:34 - 11 Mart 2022

Böyük Britaniya Azərbaycanı yerli şirkətlərlə əməkdaşlığa dəvət edir

Böyük Britaniya azərbaycanlı iş adamlarını yerli şirkətlərlə əməkdaşlığa dəvət edir.

 

Manset.az "Report"a istinadən xəbər verir ki, bu barədə Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson bildirib.

“Londona bizə qonaq gələn iş adamlarınızı görməkdən məmnunuq... Mən həqiqətən azərbaycanlı sahibkarlara bizə baş çəkməyi təklif edirəm. Böyük Britaniya səfirliyi buradadır, mən özüm Böyük Britaniyanın Baş nazirinin ticarət elçisiyəm – biz Britaniya şirkətləri ilə əməkdaşlıq qurmaq baxımından onlar üçün lazımi görüşlər təşkil edərik”, - o deyib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az