Bakı şəhər regional miqrasiya baş idarəsi yaradılır - SƏRƏNCAM

19:36 - 17 Mart 2022

Bakı şəhər regional miqrasiya baş idarəsi yaradılır - SƏRƏNCAM

Dövlət Miqrasiya Xidmətinin sisteminə daxil olan qurumların sayı artırılıb.

Manşet.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin strukturu”nda edilən dəyişiklikdə əksini tapıb.

Belə ki, Bakı şəhər regional miqrasiya baş idarəsi Dövlət Miqrasiya Xidmətinin sisteminə daxil olan qurumların sırasına daxil edilib.

Başqa sözlə, Bakı şəhər regional miqrasiya idarəsinə baş idarə statusu verildiyi üçün ayrıca qurum kimi Dövlət Miqrasiya Xidmətinin sisteminə daxil olan qurumların sırasına daxil edilib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az