Prezident Qoşqar Təhməzli ilə bağlı sərəncamlar verdi

14:20 - 12 Aprel 2022

Prezident Qoşqar Təhməzli ilə bağlı sərəncamlar verdi

Azərbaycanla Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın Azərbaycan tərəfindən yeni tərkibi təsdiq edilib.

 

Manset.az xəbər verir ki, bununla bağlı bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncama əsasən, komissiyanın üzvləri siyahısına Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri də əlavə olunub. 

Qeyd edək ki, AQTA sədri Qoşqar Təhməzlidir.

***

Prezidentin digər Sərəncamı ilə Q. Təhməzli, həmçinin Azərbaycanla Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın Azərbaycan tərəfindən yeni tərkibində yer alıb.

***

Prezidentin daha bir Sərəncamı ilə Q. Təhməzli Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın Azərbaycan tərəfindən yeni tərkibində yer alıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az