Samir Şərifov şöbə müdirini vəzifəsindən azad etdi - YENİ TƏYİNAT

17:49 - 18 Aprel 2022

Samir Şərifov şöbə müdirini vəzifəsindən azad etdi - YENİ TƏYİNAT

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin müvafiq əmri ilə Nazirliyin Aparatının Uçot siyasəti şöbəsinin müdiri Firuzə Abdullayeva gender məsələləri üzrə yeni məsul şəxs təyin edilib.

 

Manset.az xəbər verir ki, bu barədə nazirlikdən bildirilib.

O, nazirlik sistemində qadın hüquqlarının müdafiəsinin gücləndirilməsi işinin təşkili və həyata keçirilməsi istiqamətində fəaliyyət göstərəcək.

Aparılan büdcə islahatları çərçivəsində büdcə siyasətinin gender məqsədləri ilə uzlaşdırılması nəzərdə tutulur.

Qeyd edək ki, “Azərbaycan Respublikasında Dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli, 289 nömrəli Fərmanın icrasını təmin etmək məqsədilə təsdiq edilmiş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 26 sentyabr tarixli, 176 nömrəli Qərarına əsasən, nazirlik, komitə, şirkət, konsern və digər dövlət müəssisə və təşkilatlarında daxili imkanlar çərçivəsində gender siyasəti tələblərinə uyğun olaraq gender məsələləri üzrə məsul şəxslər təyin etməlidirlər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az