Baş Prokurordan yeni təyinatlar

15:50 - 20 Aprel 2022

Baş Prokurordan yeni təyinatlar

Xocalı, Daşkəsən və Tovuz rayonlarına yeni prokurorlar təyin edilib.

 

Manset.az xəbər verir ki, Baş Prokurorluğun mətbuat xidmətindən "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib ki, bununla bağlı Baş Prokuror Kamran Əliyev müvafiq əmrlər imzalayıb.

Xocalı rayon prokuroru Şahin İmanov tutduğu vəzifədən azad olunaraq Daşkəsənə prokuror təyin edilib. Daşkəsən rayon prokuroru Maarif Hüseynov isə Tovuz rayonuna prokuror göndərilib. 

Baş Prokurorun digər əmri ilə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsinin mühüm işlər üzrə böyük müstəntiqi Əvəz Əliyev Xocalı rayonuna prokuror təyin edilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az