“Bizi Donbass və Xarkovda şiddətli döyüşlər gözləyir” - PODOLYAK

17:48 - 20 Aprel 2022

“Bizi Donbass və Xarkovda şiddətli döyüşlər gözləyir” - PODOLYAK

Şərqdə Ukrayna ordusunu təkcə Donbassda deyil, həm də Xarkovda Rusiya qüvvələri ilə şiddətli döyüşlər gözləyir.

 

Manset.az xəbər verir ki, bu açıqlama ilə Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixail Podolyak çıxış edib.

Podolyak qeyd edib ki, Donbass həqiqətən də Rusiya tərəfinin əsas hücum istiqamətinə çevrilib.

“Bununla belə, Xarkov istiqamətində də şiddətli döyüşlər olacaq”, - Mixail Podolyak əlavə edib.

“Ümumiyyətlə, onları izləmək mənim üçün çox maraqlıdır: bunlar yalan danışan, yalan icad edən insanlardır. Bundan əvvəl Ukraynanı üç, maksimum isə beş günə alacaqlarını deyirdilər... Təəssüflər olsun ki, bizim təkcə Donbassda deyil, Xarkovda və Xarkov istiqamətində şiddətli hərbi toqquşmalarımız olacaq”, - Mixail Podolyak əlavə edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az