Britaniya parlamenti baş nazirlə bağlı xüsusi araşdırma aparacaq

09:05 - 22 Aprel 2022

Britaniya parlamenti baş nazirlə bağlı xüsusi araşdırma aparacaq

Böyük Britaniya parlamenti Baş nazir Boris Consonun öz iş yerində COVID-19 məhdudiyyətlərinə əməl edib-etməməsi barədə araşdırma aparacaq.

 

Manset.az xəbər verir ki, hökumət başçısının qapanma zamanı ofisdə keçirdiyi əyləncə gecəsilə bağlı məsələnin Nəzarət Komitəsinə göndərilməsini nəzərdə tutan vəsatət artıq qəbul edilib.

Leyboristlər Partiyasının lideri Kir Starmer baş naziri öz səlahiyyətlərindən istifadə edərək yaramaz əməllərini ört-basdır etməyə çalışmaqda itiham edib.

Qeyd edək ki, Komitənin mayın 5-dən tez olmayaraq, hadisə ilə bağlı polis araşdırması başa çatdıqdan sonra işə başlayacağı bildirilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az