“Prezident Azərbaycan diplomatiyasının qarşısına yeni tapşırıq qoyub” - Hikmət Hacıyev

16:36 - 22 Aprel 2022

“Prezident Azərbaycan diplomatiyasının qarşısına yeni tapşırıq qoyub” - Hikmət Hacıyev

“Prezident tərəfindən Azərbaycan diplomatiyasının qarşısında yeni bir tapşırıq qoyulub. Bu da iqtisadi diplomatiyadır”.

 

Manset.az xəbər verir ki, bunu Prezidentin köməkçisi Hikmət Hacıyev Şuşada keçirilən Dünya Azərbaycanlılarının V Qurultayında panel müzakirələri zamanı deyib.

“İqtisadi diplomatiya Azərbaycanda istehsal olunan mal və xidmətlər üçün yeni bazarların açılması, Azərbaycana yeni investisiyaların, innovasiyaların cəlb edilməsidir. Ona görə də xüsusilə Qarabağ cənab Prezident tərəfindən xarici investisiyalar üçün açıq məkan elan edib”, - deyə H. Hacıyev vurğulayıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az