“Prezident tərəfindən Azərbaycan diplomatiyasının qarşısında yeni bir tapşırıq qoyulub. Bu da iqtisadi diplomatiyadır”.
Manset.az xəbər verir ki, bunu Prezidentin köməkçisi Hikmət Hacıyev Şuşada keçirilən Dünya Azərbaycanlılarının V Qurultayında panel müzakirələri zamanı deyib.
“İqtisadi diplomatiya Azərbaycanda istehsal olunan mal və xidmətlər üçün yeni bazarların açılması, Azərbaycana yeni investisiyaların, innovasiyaların cəlb edilməsidir. Ona görə də xüsusilə Qarabağ cənab Prezident tərəfindən xarici investisiyalar üçün açıq məkan elan edib”, - deyə H. Hacıyev vurğulayıb.