Vilayət Eyvazov generalın qohumunu yüksək vəzifəyə TƏYİN ETDİ

10:39 - 27 Aprel 2022

Vilayət Eyvazov generalın qohumunu yüksək vəzifəyə TƏYİN ETDİ

Daxili işlər orqanlarında yeni kadr təyinatı olub.

 

Manset.az Report-a istinadla xəbər verir ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, polis polkovnik-leytenantı Şahin Əliyev Daxili İşlər Nazirliyi (DİN) Abşeron Rayon Mühafizə İdarəsinin rəis müavini təyin edilib.

DİN-in Mətbuat Xidməti Report-a faktı təsdiqləyib.

Qeyd edək ki, Ş.Əliyev DİN-in Baş Mühafizə İdarəsinin sabiq rəisi, Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdir müavini general-mayor Yaşar Əliyevin qohumudur.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az