Vətən Müharibəsində göstərdiyi xidmətlərə görə “Qarabağ” ordeni və Suqovuşan, Xocəvənd, Füzulinin azad edilməsinə görə medalları ilə mükafatlandırılan general-mayor Hikmət Həsənovun yeni vəzifədə ilk görüntüsü yayılıb.
Manset.az xəbər verir ki, o, Silahlı Qüvvələrin Hərbi Akademiyasında Gürcüstan nümayəndə heyəti ilə görüşdə iştirak edib və onun akamediyanın rəis müavini vəzifəsinə təyin edilməsi dəqiqləşib.
Qeyd edək ki, generalın adı mediada və sosial şəbəkələrdə tez-tez “Tərtər işi” ilə bağlı hallanıb. Bundan başqa 8 Noyabr Zəfər Günü ilə bağlı Şuşada keçirilən rəsmi tədbirdə generallar arasında Hikmət Həsənovun olmaması diqqət çəkmişdi. Xeyli müddət əvvəl Manset.az xəbər portalı tərəfindən onun birinci Ordu korpusu komandiri vəzifəsindən çıxarıldığı haqda məlumat yayılmışdı, Müdafiə Nazirliyi məlumatı nə təsdiq, nə də təkzib etmişdi. Bu gün isə Manset.az-ın məlumatının dəqiq olduğu təsdiqləndi.
