Türkiyənin İstanbul şəhərində boya fabrikində yanğın olub.
Manset.az “NTV”yə istinadən xəbər verir ki, yanğından sonra şiddətli partlayışlar baş verib.
Nəticədə 3 işçi həlak olub, daha 9 nəfər isə yaralanıb.
Partlayış nəticəsində ətrafa beton parçaları səpilib və ətrafdakı bəzi maşın və evlərə zərər dəyib.
Hadisə yerinə cəlb olunan yanğınsöndürənlər yanğını nəzarət altına alıb.