Azad edilən ərazilərdə dislokasiya olunan hərbi hissədə iclas keçirildi - Foto

16:10 - 02 May 2022

Azad edilən ərazilərdə dislokasiya olunan hərbi hissədə iclas keçirildi - Foto

İşğaldan azad olunan ərazilərdə dislokasiya olunan N hərbi hissəsində 2022-ci tədris ilinin birinci rübünün nəticələrinə dair yekun iclas keçirilib.

Manset.az xəbər verir ki, iclasda rüb ərzində görülən işlər, yerinə yetirilən tapşırıqlarla bağlı məruzələr dinlənilib, döyüş hazırlığının, maddi-texniki təminatının, hərbi intizamın və qoşun xidmətinin vəziyyəti təhlil olunub.

Qeyd olunub ki, azad edilmiş ərazilərdə dislokasiya olunan hərbi hissələrdə quruculuq işləri aparılıb, yeni hərbi obyektlər istifadəyə verilib, şəxsi heyətin sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılıb.

Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında orduda aparılan davamlı islahatların həyata keçirilməsi ilə bağlı qarşıda duran vəzifələrin icrası, həmçinin bölmələrin döyüş qabiliyyətinin artırılması və döyüşə hazırolma vəziyyətinin yüksək səviyyədə saxlanılması ilə bağlı müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırıqları aidiyyəti üzrə çatdırılıb.

Sonda xidmətdə fərqlənən, yüksək  nizam-intizamı ilə seçilən hərbi qulluqçular fəxri fərmanla təltif olunublar.

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az