Xalq artisti Emin Ağalarov sosial şəbəkədə yeni paylaşım edib.
Manset.az xəbər verir ki, sənətçi babası İosif Yevgenyeviç Qrilin fotolarını yayımlayıb. İfaçı fotolara bu sözləri də əlavə edib:
"Babam İosif Yevgenyeviç Qril hər zaman mənim üçün nümunə olub və olacaq da. Müdrik, qayğıkeş və məqsədyönlü insan. Onun sayəsində musiqini bu qədər çox sevdim".
Xatırladaq ki, İosif Yevgenyeviç Qril Eminin anası İrina Ağalarovanın atasıdır.


