Mariupolda 2500 hərbçini məhv etmişik – “Azov”

16:54 - 08 May 2022

Mariupolda 2500 hərbçini məhv etmişik – “Azov”

Müharibənin başlanmasından bu yana Mariupolda düşmənin 2500-dən çox canlı qüvvəsi məhv edilib, 5 mindən çoxu isə yaralanıb.

 

Manset.az xəbər verir ki, bu barədə “Azov” alayının kəşfiyyat idarəsinin zabiti İlya Samoylenko deyib.

“Biz 60-dan çox tankı məhv etmişik, 3-nu isə vurmuşuq. Bu, düşmənin Ukraynada itirdiyi bütün texnikanın 10 faizidir. BTR, artilleriya qurğuları ilə bağlı vəziyyət də eynidir”, - o bildirib.

Onun sözlərinə görə, 2014-cü ildən bəri ən yaxşı taktikaları mənimsəmək üçün təlimləri, hərbi əməliyyatların analizlərini aparmağı dayandırmayıblar:

“Məhz buna görə Mariupolu bu qədər uzun müddət əlimizdə saxlayırıq”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az