Səhiyyə naziri karantin rejiminin tamamilə ləğv olunması ilə bağlı təkliflərə münasibət bildirdi

11:53 - 10 May 2022

Səhiyyə naziri karantin rejiminin tamamilə ləğv olunması ilə bağlı təkliflərə münasibət bildirdi

Səhiyyə naziri Teymur Musayev Azərbaycanda xüsusu karantin rejiminin tamamilə ləğv olunması ilə bağlı təkliflərə münasibət bildirib.

 

Manset.az "report"a istinadən xəbər verir ki, nazir jurnalistlərə açıqlamasında deyib ki, bu məsələdə tələsmək olmaz.

O xatırladıb ki, qapalı məkanlarda maska istifadəsi tələbi artıq ləğv olunub, lakin bəzi məhdudiyyətlər qalıb:

"Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə əsasən, payız aylarında ayıq-sayıq olmalıyıq. Şərt o deyil ki, hər hansı sıçrayış olsun.

Çünki koronavirusun yeni ştamları meydana çıxır. Gələcəkdə də yeni mutasiyaların olub-olmayacağını bilmədiyimiz üçün bir qədər gözləməyi xahiş edirəm".


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az