Azay Quliyev seçiciləri ilə görüş keçirib - FOTOLAR

18:14 - 18 May 2022

Azay Quliyev seçiciləri ilə görüş keçirib - FOTOLAR

Milli Məclisin deputatı Azay Quliyev seçiciləri ilə görüşüb.

 

 

Manset.az xəbər verir ki, Azay Quliyev Binəqədi rayonu, 7-ci mikrorayon, Süleyman Sani Axundov küçəsi 1, 1v saylı binaların, Süleyman Sani Axundov küçəsi 3, 3a, 3b, 4a və Kunanbayev küçəsi 1\2, 3\33, 24, 26 saylı binaların həyətində seçiciləri ilə görüş keçirib. 
Görüşdə iştirak edən seçicilər, o cümlədən müharibə iştirakçıları və Qazilər onları narahat  məsələləri deputatın diqqətinə çatdırıblar. Qaldırılan məsələlərin bir çoxu ilə bağlı mərkəzi və yerli icra hakimiyyət orqanlarının nümayəndələri tərəfindən konkret qərarlar qəbul edilib.
Deputat vətəndaşları narahat edən digər məsələlərin də araşdırılıb həlli ilə bağlı müvafiq addımların atılacağını bildirib.


Görüşdə  Binəqədi bələdiyyəsinin sədri Mürsəl Eminov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında  Sosial Xidmətlər Agentliyinin 2 saylı Binəqədi və Nərimanov rayon şöbəsinin müdiri Cahandar Axundov , bundan əlavə Binəqədi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin,  Su-kanal, İstilik və Qaz idarələrinin rəhbər vəzifəli şəxsləri iştirak edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az