Ceyhun Bayramov Turin Politexnik Universitetinin rektoru ilə görüşdü

21:12 - 20 May 2022

Ceyhun Bayramov Turin Politexnik Universitetinin rektoru ilə görüşdü

20 may 2022-ci il tarixində nazir Ceyhun Bayramov ilə Turin Politexnik Universitetinin rektoru Quido Sarakko arasında görüş keçirilib.

Manşet.az XİN-in yaydığı məlumata istinadən xəbər verir ki, görüşdə Azərbaycan-İtaliya strateji tərəfdaşlığının gücləndirilməsində humanitar sahənin əhəmiyyəti, bu xüsusda İtaliya-Azərbaycan Universitetinin oynayacağı önəmli rol və İtaliya-Azərbaycan Universitetində mühəndislik ixtisasları üzrə proqramların qurulmasında Turin Politexnik Universiteti ilə əməkdaşlıq mövzuları üzrə fikir mübadiləsi aparılıb.

Görüşdə İtaliya Senatının Turin şəhərindən olan üzvü, Senat daimi komissiyasının sədri, İtaliya Parlamentində Azərbaycan-İtaliya parlamentlərarası dostluq Assosiasiyasının sədr-müavini senator Mauro Marino da iştirak edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az