Peru lideri Prezidenti təbrik ETDİ

18:03 - 26 May 2022

Peru lideri Prezidenti təbrik ETDİ

Peru Respublikasının Prezidenti Xose Pedro Kastilyo Terrones Azərbaycan Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb.

Manşet.az xəbər verir ki, təbrik məktubunda deyilir:

"Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Peru hökuməti və xalqı adından, eləcə də şəxsən öz adımdan Sizə ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.

Bu əlamətdar gündə bir daha məmnunluqla bildirirəm ki, Peru hökuməti xalqlarımızın mənafeləri naminə ölkələrimiz arasındakı ikitərəfli münasibətlərin və əməkdaşlığın dərinləşdirilməsi istiqamətində bundan sonra da səylə çalışacaqdır.

Azərbaycan xalqına cansağlığı, rifah və tərəqqi arzu edirəm.

Bu xoş fürsətdən istifadə edərək, Sizə bir daha ən dərin ehtiramımı bildirirəm".


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az