Selçuk Bayraktar xanımı ilə Cıdır düzündə - FOTOLAR (yeniləndi)

17:02 - 27 May 2022

Selçuk Bayraktar xanımı ilə Cıdır düzündə - FOTOLAR (yeniləndi)

Türkiyənin "Baykar" şirkətinin texniki direktoru Selçuk Bayraktar Şuşaya gedib.

 

Manset.az xəbər verir ki, o, Cıdır düzündə olub və orada bir neçə foto lentə aldırıb. Şəkillərdən birində həyat yoldaşı Sümeyyə Ərdoğan da yer alıb.

Qeyd edək ki, Selçuk Bayraktar Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın kürəkənidir. O, Ərdoğanın qızı Sümeyyə ilə 2016-cı ildə ailə həyatı qurub. Cütlüyün bir övladı var.

Xatırladaq ki, Selçuk Bayraktar Bakıda keçirilən "Teknofest" festivalı çərçivəsində Azərbaycanda səfərdədir.

***

Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktar Şuşaya gedib.

 

Manset.az xəbər verir ki, o, Şuşada Cıdır düzündə olub.

Qeyd edək ki, S. Bayraktar Bakıda 26-29 may tarixlərində keçirilən “TEKNOFEST Azərbaycan” çərçivəsində ölkəmizə səfər edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az