"Kosmik tədqiqatlarda Azərbaycanla birlikdə olacağıq" - Türkiyə lideri

17:32 - 28 May 2022

\"Kosmik tədqiqatlarda Azərbaycanla birlikdə olacağıq\"  - Türkiyə lideri

“Bu gün "TEKNOFEST" festivalını ilk dəfə ölkəmizdən kənarda can Azərbaycanda keçirməyimizdən qürurluyuq”.

 

Manset.az “report”a istinadən xəbər verir ki, bunu “TEKNOFEST Azərbaycan” festivalında çıxışı zamanı Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğan bildirib.

“Siz gənclər sabahın PUA-larını kəşf edənlərdənsiniz. Gənclərimizlə bu sahədə birlikdə addımlayacağıq. "TEKNOFEST" nəsli bu günə qədər çox gözəl layihələrə imza atdı, Azərbaycan gənclərinin də belə uğurlara imza atacağına inanıram.

Parlamentlərimizdə təsdiqlədiyimiz Şuşa Bəyannaməsində qeyd etdiyimiz kimi, müdafiə sənayesi sahəsində fəaliyyətdə, o cümlədən kosmik tədqiqatlarda Azərbaycanla birlikdə olacağıq", - Ərdoğan əlavə edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az