Dayanıqlı inkişaf sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalandı

15:13 - 01 İyun 2022

Dayanıqlı inkişaf sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalandı

Azərbaycanda işgüzar səfərdə olan İtaliyanın Ekoloji Keçid Nazirliyinin Dövlət Katibi xanım Vannia Qava ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevlə görüşüb. 

 

Manset.az xəbər verir ki, görüşdə iqlim dəyişmələrinin təsirlərinin yumşaldılması, alternativ və bərpa olunan enerji mənbələrindən istifadə, yaşıl texnologiyaların tətbiqi və digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb, gələcək əməkdaşlığın perspektivləri müzakirə olunub.

Sonda dayanıqlı inkişaf sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidməti


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az