Sabah Moskvada regional kommunikasiyaların bərpası üzrə Üçtərəfli İşçi Qrupunun növbəti iclası keçiriləcək.
Manşet.az xəbər verir ki, bu barədə Ermənistanın baş nazirinin müavini Mher Qriqoryanın ofisindən news.am-a bildirilib.
Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan baş nazirlərinin müavinlərinin həmsədrliyi ilə yaradılan işçi qrupu sonuncu dəfə 2021-ci ilin dekabrında görüşüb.
Azərbaycan və Ermənistanın sərhəddə delimitasiya və təhlükəsizlik komissiyalarının Moskvada keçiriləcək növbəti iclasına gəlincə, görüşün vaxtı hələlik açıqlanmayıb.