Azərbaycanın NATO yanında Nümayəndəliyinin başçısı geri çağırıldı - SƏRƏNCAM

17:15 - 16 İyun 2022

Azərbaycanın NATO yanında Nümayəndəliyinin başçısı geri çağırıldı - SƏRƏNCAM

Prezident İlham Əliyev Qaya Məmmədovla bağlı Sərəncam imzalayıb.

 

Manset.az xəbər verir ki, Sərəncamla Qaya Məmməd oğlu Məmmədov Azərbaycanın NATO yanında Nümayəndəliyinin başçısı vəzifəsindən geri çağırılıb.

Qeyd edək ki, Q. Məmmədov bu vəzifəyə 2018-ci il oktyabrın 16-da təyin olunmuşdu. O bu təyinatadək Xarici İşlər Nazirliyinin Beynəlxalq Təhlükəsizlik İdarəsinin rəisi işləyirdi.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az