Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olub.
Manşet.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilir ki, telefon danışığı zamanı Moskvanın vasitəçiliyi ilə Bakı və İrəvan arasında münasibətlərin normallaşdırılması prosesi müzakirə edilib.
"Nazirlər Rusiya və Azərbaycan arasında fevralın 22-də ən yüksək səviyyədə imzalanmış Müttəfiq Əməkdaşlığı haqqında Bəyannamənin müddəalarının həyata keçirilməsi kontekstində ikitərəfli gündəliyin bir sıra aktual məsələlərini müzakirə ediblər", - Rusiya XİN-in məlumatında deyilir.
Telefon danışığı zamanı, o cümlədən Azərbaycan və Ermənistan arasında üçtərəfli sazişlərə uyğun olaraq