Hikmət Hacıyev Qarabağa səfər etmiş əcnəbi səyyahlarla görüşdü

21:51 - 19 İyun 2022

Hikmət Hacıyev Qarabağa səfər etmiş əcnəbi səyyahlarla görüşdü

Azərbaycan prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev əcnəbi səyyahlarla görüşüb.

 

Manset.az xəbər verir ki, bu barədə Hikmət Hacıyev tviter hesabında yazıb.

"Ən çox səyahət edən insanlar" klubunun üzvləri ilə görüşdən, salamlamaqdan məmnunam. “Səyyahlar Kəlbəcərdən Şuşaya qədər işğaldan azad edilmiş ərazilərdə olublar, erməni vandalizminin miqyasının və işğalının dağıntılarının şahidi olublar. Həm də Azərbaycanın yenidənqurma və şəhərsalma sürətinə heyran olublar”, - Hikmət Hacıyev tviter hesabında yazıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az