Baydendən çağırış: İstehsalı artırın!

07:40 - 20 İyun 2022

Baydendən çağırış: İstehsalı artırın!

ABŞ Prezidenti Co Bayden dünya üzrə neft və qaz istehsalçılarını hasilatı artırmağa çağırır.

 

Manset.az xəbər verir ki, bunu ABŞ-ın enerji naziri Cennifer Qranholm bazar günü CNN-ə müsahibəsində deyib.

"Prezident dünya üzrə bütün istehsalçıları hasilatı artırmağı xahiş edib. Buraya OPEK, bizim yerli neft və qaz istehsalçıları da daxildir", - o deyib.

Qranholm həmçinin gələn həftə ABŞ-ın neft və qaz şirkətlərinin rəhbərləri ilə görüşməyi planlaşdırdığını bildirib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az