Prezident sabah Özbəkistana səfər edəcək

18:36 - 20 İyun 2022

Prezident sabah Özbəkistana səfər edəcək

Azərbaycan Prezidenti İlham Əliyev iyunun 21-i Özbəkistana səfər edəcək.

Manşet.az xəbər verir ki, bu barədə məlumat Özbəkistan Prezidentinin rəsmi saytında yerləşdirilib.

İki gün davam edəcək səfər Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin dəvəti əsasında baş tutacaq.

Səfər zamanı sənaye, nəqliyyat, kənd təsərrüfatı, energetika, elm və innovasiya, turizm və digər istiqamətlər üzrə ikitərəfli sənədlərin imzalanması gözlənilir. 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az