Ərdoğan azərbaycanlı yanğınsöndürənlərlə görüşdü

14:55 - 24 İyun 2022

Ərdoğan azərbaycanlı yanğınsöndürənlərlə görüşdü

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Marmarisdə meşə yanğınlarının söndürülməsi üçün köməyə gedən azərbaycanlı yanğınsöndürənlərlə görüşüb.

 

Manset.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

Görüş Muğla şəhərinin Dalaman hava limanında olub. Dövlət başçısı bölgədə davam edən yanğınla bağlı məlumatlandırılıb.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyədəki meşə yanğınlarının daha geniş miqyas almasına imkan verilməməsi və söndürülməsinə köməklik məqsədilə Azərbaycan Fövqəladə Hallar Nazirliyinə (FHN) məxsus “BE-200ÇS” amfibiya tipli təyyarə Türkiyəyə göndərilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az