Bu gün Bakı Hərbi Məhkəməsində sabiq birlik komandiri, general-leytenant Rövşən Əkbərovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Manset.az xəbər verir ki, Məhkəmənin sədri Həbib Həsənovun sədrliyi keçirilən prosesdə məhkəmə istintaqının başladığı elan edilib.
Daha sonra prokuror ittiham aktını elan edib.
İttihama əsasən, təqsirləndirilən R.Əkbərov 2001-ci ildə Müdafiə Nazirliyi tərəfindən Ukraynaya 95 günlük xidməti ezamiyyətə göndərilən zaman mayın 31-i gecə 3-4 radələrində Kiyev şəhərində yerləşən "Sikora” kafesində tanışları - Elçin Əliyevi qətlə yetirib, Məzahir Şıxaliyevi isə yumruqla vurub.
İttihama münasibət bildirən R.Əkbərov özünü təqsirli bilmədiyini deyib. O bildirib ki, qətl hadisəsinin ona heç bir adiyyəti yoxdur: "Bir nəfər deyə bilməz ki, mən bu hadisəni törətmişəm. Hadisədən 20 il keçib və bu illər ərzində ortada bir dənə də olsun sübut yoxdur. İttihamda yazılanlar sanki bir filmdir".
Məhkəmə təqsirləndirilən şəxsə ifadə vermək təkilfi etsə də, o, hazırkı mərhələdə ifadə verməkdən imtina edib.
Prosesdə qətlə yetirilən E.Əliyevin hüquqi varisi, atası Fədai Əliyev dindirilib. O deyib ki, oğlunun ölüm xəbərini hadisə günü gecə saat 5 radələrində alıb: "Elçinin cənazəsini dostları - Nazim İbrahimovla Səməd Novruzov gətirdi. Səməd qardaşı Mədətə zəng edib dedi ki, Elçini general öldürüb. Oğlumun 7 mərasimindən sonra Ukraynaya getdim. Orada 3 il cinayət işini şəxsən özüm araşdırmışam. İstintaqa verdiyim ifadəni təsdiqləyirəm".
F.Əliyev qeyd edib ki, Kiyevdə bu işlə bağlı 50 nəfərlə danışıb: "Mənə mərhum Məzahir Şıxəliyevin dediklərinə görə, orada səfirliyin binasında oturub çay içiblər. Daha sonra səfirliyin yaxınında olan kafedə oğlumla Məzahir oturublar, pivə içiblər. Həmin vaxt Rövşən də ora gəlib. Elçinlə Rövşənin arasında mübahisə düşüb. Çölə çıxanda Rövşən oğlumu qətlə yetirib, Məzahiri isə yumruqla vurub. Elçin ölümündən əvvəl Məzahirə bildirib ki, onu Rövşən bıçaqla vurub, bir neçə dəqiqə sonra orada ölüb. Məzahir hadisədən sonra hazırda fövqəladə hallar nazirinin müavini olan Orucəli Hacıyevə zəng edərək Rövşənin Elçini öldürdüyünü söyləyib".
Prokurorun suallarını cavablandıran F.Əliyev bildirib ki, hadisə ilə bağlı ilkin olaraq mərhum Qüdrət Əhmədov saxlanılıb: "Qüdrət oğlumun tanışı olub. Onu hadisədən sonra tanımışam. Bu iş üzrə 1 aydan artıq saxlanılıb. Qüdrət mənə şəxsən dedi ki, Rövşən ona qətli üstünə götürmək üçün 40 min dollar və 3 otaqlı mənzil təklif edib. O da Rövşənin təklifini rədd edib".
Məhkəmənin növbəti iclası avqustun 25-nə təyin edilib.
Qeyd edək ki, rəsmi məlumata əsasən, Rövşən Əkbərovun 2001-ci il mayın 31-dən iyunun 1-nə keçən gecə Kiyev şəhəri, Deqtyaryov küçəsi 7 ünvanda yerləşən “Sikora” kafesində yeyib-içdikdən sonra, saat 04 radələrində həmin kafenin yaxınlığında Elçin Əliyev ilə aralarında yaranmış cüzi münaqişə səbəbindən xuliqanlıq niyyəti ilə sonuncunun ürək nahiyəsinə kəsici-deşici predmetlə xəsarət yetirərək Elçin Əliyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Rövşən Əkbərova Cinayət Məcəlləsinin 12.1, 120.2.2 (qəsdən adam öldürmə) və 12.1, 221.3-cü (xuliqanlıq) maddələri ilə ittiham elan edilərək, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Onun barəsində olan cinayət işinin istintaqı başa çatdırılaraq baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.///report
"Hadisədən 20 il keçib, ortada bir dənə də olsun sübut yoxdur" - Rövşən Əkbərov
14:23 - 30 İyul 2021
Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun Keçid et
Digər xəbərlər
04 İyul 2026 - 15:08
Manaf Ağayev saxlanıldı
04 İyul 2026 - 14:42
Zaur Kamal ağır qəzaya düşdü - Maşını yararsız haldadır - FOTO
04 İyul 2026 - 21:17
Deputat Səbinə Salmanovaya AĞIR İTKİ
04 İyul 2026 - 23:46
İsmayıllıdakı qəzada ölənlərdən biri həkim imiş
04 İyul 2026 - 21:54
Zəngilanda bir nəfər çayda boğuldu
04 İyul 2026 - 16:32
Ata və 2 övladı suda batdı - Ağdamda FACİƏ - YENİLƏNİB
04 İyul 2026 - 21:32
ABŞ-İran danışıqları bu tarixdə keçiriləcək
04 İyul 2026 - 23:16
Mərakeş 1/4 finala çıxdı
04 İyul 2026 - 22:18
Türkiyədə mikroavtobus aşdı - Çox sayda yaralı var
04 İyul 2026 - 22:36
“Turan Tovuz” yeni qapıçı transfer etdi
05 İyul 2026 - 00:30
Sağlam qaraciyər üçün qəhvə için
04 İyul 2026 - 22:54
İsrailin hücumlarında Livanda ölənlərin sayı ARTDI
Xəbər xətti
- 05 İyul 2026
- 14:30 16 uşağın kabusu olan ev - Dünya bundan danışır / VİDEO
- 14:22 “Seltik” “Qarabağ”la yeni danışıqlara başladı
- 14:05 Qayıq aşdı - 6 balıqçı itkin düşdü
- 13:50 Paşinyandan yeni konstitusiya ilə bağlı AÇIQLAMA
- 13:30 Qəbul imtahanında 11 nəfərdə telefon aşkarlandı
- 13:12 Tünzalə Əliyevanın qardaşı vəfat etdi - FOTO
- 13:05 XV Beynəlxalq İpək Yolu Musiqi Festivalı təntənəli bağlanış konserti ilə yekunlaşdı - FOTOLAR
- 12:44 Həftənin ilk günü hava necə olacaq?
- 12:28 Mbappe yeni rekorda imza atdı
- 12:10 Azyaşlının dama çıxaraq etdiyi hərəkət gündəm oldu - VİDEO
- 11:56 Avtomobil yanıb külə döndü - FOTO
- 11:49 ABŞ-də anomal istilər 25 nəfərin ölümünə səbəb oldu
- 11:36 “AzerGold” QSC-nin 10 illiyi münasibətilə Fəxri xiyaban və Şəhidlər xiyabanı ziyarət olundu - FOTOLAR
- 11:24 Azərbaycanda hərbi qulluqçu vəfat etdi - FOTO
- 11:17 Bəzi ərazilərdə şimşək çaxır, yağış yağır - FAKTİKİ HAVA
- 11:00 Azərbaycan XİN Venesuelanı Milli Günü münasibətilə təbrik etdi
- 10:35 Meyiti yaşadığı evin həyətindən tapıldı
- 10:20 Azərbaycanın basketbol millisi bu gün İrlandiya ilə üz-üzə gələcək
- 10:03 İranın Ermənistandakı səfirliyi Trampa müraciət ünvanladı
- 09:45 AZAL bəzi uçuşları təxirə sala bilər - XƏBƏRDARLIQ
- 09:33 Əraqçi "Hizbullah" və HƏMAS üzvləri ilə görüşdü
- 09:20 "Fransa çətin qələbə ilə 1/4 finalda" - DÇ-2026
- 09:11 Azərbaycanda zəlzələ oldu
- 09:00 Bu gün imtahan var
- 08:30 Yayda qaralmaq istəyənlər üçün vacib tövsiyələr
- 08:00 Şirin saqqız qan təzyiqini azalda bilər
- 02:00 Bakıda bu taksilər qiyməti artırdı
- 01:30 Yay istisində rahat yatmağın yolları
- 00:30 Sağlam qaraciyər üçün qəhvə için
- 04 İyul 2026
- 23:56 Qubada avtomobil yük maşınına çırpıldı - Yaralıların vəziyyəti ağırdır
- 23:46 İsmayıllıdakı qəzada ölənlərdən biri həkim imiş
- 23:35 Venesuelada zəlzələ qurbanlarının sayı 3 minə yaxınlaşdı
- 23:16 Mərakeş 1/4 finala çıxdı
- 22:54 İsrailin hücumlarında Livanda ölənlərin sayı ARTDI
- 22:36 “Turan Tovuz” yeni qapıçı transfer etdi
- 22:18 Türkiyədə mikroavtobus aşdı - Çox sayda yaralı var
- 21:54 Zəngilanda bir nəfər çayda boğuldu
- 21:32 ABŞ-İran danışıqları bu tarixdə keçiriləcək
- 21:17 Deputat Səbinə Salmanovaya AĞIR İTKİ
- 20:52 Ağdamda faciəvi şəkildə həlak olan ailənin FOTOSU
- 20:33 “İncə Sənətlə üz-üzə” adlı konsert keçirildi - FOTOLAR
- 20:12 Qazaxda maşın 67 yaşlı piyadanı VURDU
- 19:47 "İpək Yolu Qrupu ATƏT məkanının aparıcı parlament platformasına çevrilib" - Azay Quliyev
- 19:24 Günəşdə 8 güclü partlayış oldu
- 19:06 Lənkəranda açıq sahədə YANĞIN - FOTOLAR
- 18:51 7-ci sinif şagirdi komadan ayılmadı - FOTO
- 18:32 Ərdoğan və Şahbaz Şərif birgə bəyanatlarla çıxış etdilər
- 18:14 “Əli bəy Hüseynzadə: böyük mütəfəkkir və rəssam” adlı sərgi açıldı - FOTOLAR
- 17:59 Axtarışda olan 39 nəfər tapıldı
- 17:34 Azərbaycanda AĞIR QƏZA - Ölənlər var
- 17:16 Şuşaya dolu düşdü - Faktiki hava