Özbəkistan müdafiə nazirinin müavini HHQ-nin hərbi hissəsində oldu - FOTOLAR

18:40 - 01 Dekabr 2022

Özbəkistan müdafiə nazirinin müavini HHQ-nin hərbi hissəsində oldu - FOTOLAR

Dekabrın 1-də Azərbaycan müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov ölkəmizdə səfərdə olan Özbəkistan müdafiə nazirinin müavini - Hava Hücumundan Müdafiə və Hərbi Hava Qüvvələri komandanı general-mayor Əhməd Burxanov ilə birgə HHQ-nin N hərbi hissəsini ziyarət edib.

 

Manset.az xəbər verir ki, bu haqda Müdafiə Nazirliyi məlumat yayıb.

Burada Özbəkistan nümayəndə heyətinə hərbi hissənin silahlanmasında olan döyüş texnikası və aviasiya-uçuş vasitələri haqqında geniş məlumat verilib.

Sonda qarşılıqlı hədiyyələr təqdim edilib və xatirə şəkli çəkdirilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az