“Aİ-nin Ermənistandakı monitorinq missiyası Laçın dəhlizinə daxil olmayıb” - Klaar

23:22 - 16 Dekabr 2022

“Aİ-nin Ermənistandakı monitorinq missiyası Laçın dəhlizinə daxil olmayıb” - Klaar

“Aİ-nin Mülki Missiyası öz mandatına uyğun olaraq yalnız Ermənistan ərazisində fəaliyyət göstərir və Laçın dəhlizinə daxil olmayıb”.

 

Manset.az xəbər verir ki, bunu Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar tviter hesabında yazıb.

O bildirib ki, Aİ-nin Mülki Missiyasına məxsus patrulun Laçın dəhlizinə gedən yolu müşahidə etməsi ilə bağlı video yayılıb.

"Patrul həmin vaxt Azərbaycan-Ermənistan sərhədindən təxminən 1,2 km aralıda nəzarət-buraxılış məntəqəsində idi. Missiya öz mandatına uyğun olaraq yalnız Ermənistan ərazisində fəaliyyət göstərir və Laçın dəhlizinə daxil olmayıb", - deyə Klaar qeyd edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az