Ermənistan hərbi kəşfiyyatının keçmiş rəhbəri general-mayor Arayik Arutyunyan həbs edilib
Manset.az xəbər verir ki, 2-ci Ordu Korpusunun keçmiş komandiri olub. O, 2021-ci ilin mayında Azərbaycan Silahlı Qüvvələrinin Geqarkunik ərazisinə daxil olması ilə bağlı cinayət işi üzrə təqsirləndirilir.
Arutyunyan o zaman korpusa rəhbərlik edirdi və baş verənlərə görə məsuliyyət daşıyırdı.
Baş Prokurorluq bundan əvvəl məlumat vermişdi ki, komandirlərdən birinin hərəkətsizliyi nəticəsində Azərbaycan hərbçiləri Qeqarkunikdə sərhədi keçərək Ermənistanın suveren ərazisində döyüş mövqeləri yarada biliblər.
Qeyd edək ki, mayın 27-də saat 03.00 radələrində isə Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupu Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu Yuxarı Ayrım yaşayış məntəqəsi istiqamətində ərazimizə keçməyə cəhd göstərib.
Müdafiə Nazirliyindən verilən məlumata görə, düşmən Azərbaycan Ordusunun sərhəddə yerləşən mövqelərinə aparan təminat yolunda minalama fəaliyyəti həyata keçirərkən dərhal görülən əməliyyat tədbirləri nəticəsində qarşı tərəfin 6 hərbi qulluqçusu mühasirəyə alınaraq zərərsizləşdirilib və onlar əsir götürülmüşdü.//ucnoqta.az