Ukrayna səfiri Azərbaycana təşəkkür etdi - FOTO

18:40 - 17 Dekabr 2022

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi - FOTO

“Azərbaycandan sənaye transformatorları və elektrik generatorlarının ilk partiyası artıq Ukraynaya çatıb və Rusiyanın hava hücumlarından ən çox zərər çəkmiş rayonlara yola düşüb”.

 

Manset.az xəbər verir ki, bunu Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski feysbuk hesabında yazıb.

O qeyd edib ki, bu yardım indi son dərəcə vacibdir, çünki Ukraynanın mülki əhalisi və mühüm infrastruktur obyektləri davamlı olaraq atəşə tutulur.

“Dəstək və köməyə görə dost Azərbaycanın rəhbərliyinə və Azərbaycan xalqına səmimi təşəkkürümüzü bildiririk! Yaşasın Ukrayna! Yaşasın Azərbaycan!”, - deyə səfir əlavə edib.

 




Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az