Azərbaycan XİN Estoniyanı pislədi - SƏBƏB

22:30 - 19 Dekabr 2022

Azərbaycan XİN Estoniyanı pislədi - SƏBƏB

Azərbaycan Xarici İşlər Nazirliyi Estoniya XİN-i pisləyib.

 

Manset.az xəbər verir ki, bu barədə Azərbaycan XİN tviterdə bildirib.

“Biz Estoniya XİN-in Azərbaycanın Qarabağ bölgəsini köhnəlmiş sovet adı ilə adlandırması qəbuledilməz hesab edirik. Görünür, bu, qeyri-qanuni iqtisadi fəaliyyəti insanların iztirabları ilə bağlı iddialarla ört-basdır etmək, qanunsuz hərəkətlərə qarşı fəaliyyəti qabaqlamaq üçün yeni bir tendensiyadır. “Blokada”da avtomobillər keçirsə, yol necə bağlı ola bilər?”, - XİN qeyd edib.

Xatırladaq ki, dekabrın 17-də Estoniyanın xarici siyasət idarəsi tviterdə Laçın dəhlizinin keçdiyi ərazini “Dağlıq Qarabağ” adlandıraraq orada yerli əhalinin guya mühasirəyə alındığını iddia edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az