Son dəqiqə: Ali Məclisin iclasında bu deputatların mandatının ləğv olunacağı gözlənilir - Yenilənir

12:06 - 21 Dekabr 2022

Son dəqiqə: Ali Məclisin iclasında bu deputatların mandatının ləğv olunacağı gözlənilir - Yenilənir

Hazırda Naxçıvan MR Ali Məclisinin qapalı iclası keçirilir.

Manset.az-ın əldə etdiyi məlumata görə, iclasda Ali Məclisdə təmsil olunan 45 deputat iştirak edir.

Qapalı keçirilən iclasa Muxtar Respublikanın heç bir naziri və rayon icra başçıları dəvət olunmayıb.

İclasın gündəliyi barədə rəsmi məlumat yoxdur. 

Manset az-ın əldə etdiyi məlumata görə Ali Məclisin iclasında iki deputatın mandatının ləğv olunacağı gözlənilir. Bunlar Seymur Talıbov və Zəbur Bağırovdur.

 

Bildirək ki, Naxçıvanda keçirilən əməliyyatlarla bağlı Naxçıvan Mərkəzi Xəstəxanasının baş həkimi, deputat Zəbur Bağırovun istintaqa cəlb olunduğu bildirilir.

 

Qeyd edək ki, Seymur Talıbov Ali Məclisin sədri Vasif Talıbovun oğludur. 

 

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az