Vuçiç: “İlham Əliyevə və Azərbaycan xalqına təşəkkür edirəm” – FOTO

22:24 - 21 Dekabr 2022

Vuçiç: “İlham Əliyevə və Azərbaycan xalqına təşəkkür edirəm” – FOTO

“Gözəl qonaqpərvərliyə görə İlham Əliyevə və Serbiyaya qarşı səmimi dostluğa görə Azərbaycan xalqına təşəkkür edirəm”.

 

Manset.az xəbər verir ki, bunu dekabrın 21-də Azərbaycanda rəsmi səfərdə olan Serbiya Prezidenti Aleksandr Vuçiç sosial şəbəkə səhifəsində yazıb.

“Mən hər dəfə Bakıya gələndə çox böyük və inanılmaz tərəqqinin şahidi oluram ki, bu da Prezident Əliyevin dünyagörüşünün, eləcə də ölkəyə böyük məhəbbətlə yanaşan rəhbərliyin gücünün göstəricisidir. Azərbaycanın səmimi dostları olaraq bu, bizi çox sevindirir”, - dövlət başçısı əlavə edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az