Lavrovla Ceyhun Bayramov arasında telefon danışığı oldu

16:27 - 22 Dekabr 2022

Lavrovla Ceyhun Bayramov arasında telefon danışığı oldu

Dekabrın 22-də Rusiyanın xarici işlər naziri Sergey Lavrovla Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov arasında telefon danışığı olub.

Manset.az xəbər verir ki, bu barədə Rusiya XİN-dən xəbər verilib.

Məlumata görə, söhbət zamanı regionda filiz yataqlarının qanunsuz istismarına görə Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında gərginləşən vəziyyət müzakirə olunub. Sergey Lavrov üçtərəfli sazişlərə ciddi riayət olunmasının vacibliyini vurğulayıb.

O, həmçinin Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il, eləcə də 31 oktyabr 2022-ci il tarixli üçtərəfli bəyanatlarının icrası istiqamətində ritmik işin davam etdirilməsinin vacibliyi vurğulanıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az