"Azad olunmuş ərazilərin minalardan təmizlənməsində Azərbaycana dəstək verməyə hazırıq" - Hulusi Akar

23:33 - 22 Dekabr 2022

\"Azad olunmuş ərazilərin minalardan təmizlənməsində Azərbaycana dəstək verməyə hazırıq\" - Hulusi Akar

"Azad olunmuş ərazilərin minalardan təmizlənməsində Azərbaycana dəstək verməyə hazırıq".

 

Manset.az report-a istinadən xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar Türkiyə Prezident Administrasiyasının Milli Kitabxanasında Azərbaycan Prezidenti İlham Əliyevə həsr olunmuş “Vətən müharibəsi tarixi: Şəxsiyyət faktoru” kitabının təqdimat mərasimində bildirib.

“Biz savaşmaq üçün deyil, savaşın qarşısını almaq üçün varıq. Əgər Ermənistan Azərbaycanın uzatdığı barış əlini tutarsa, regionda sülh bərqərar olar, biz də bunun tərəfdarıyıq", - Akar qeyd edib.

Azərbaycanın savaşının haqlı olduğunu hər yerdə nümayiş etdirməyin vacibliyini deyən nazir vurğulayıb ki, başda NATO platformaları olmaqla bütün beynəlxalq tədbirlərdə bu, səsləndirilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az