Rusiya sülhməramlıları ilə bağlı yeni sənəd hazırlanmır - RƏSMİ

17:26 - 27 Dekabr 2022

Rusiya sülhməramlıları ilə bağlı yeni sənəd hazırlanmır - RƏSMİ

“Azərbaycan ərazilərində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı qüvvələrinin mandat və funksiyaları 10 Noyabr Bəyanatında təsbit edilib”.

 

Manset.az oxu.az-a istinadla xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair keçirilən mətbuat konfransında deyib.

Nazir qeyd edib ki, 10 Noyabr Bəyanatından başqa, sülhməramlıların fəaliyyətini tənzimləyən sənəd yoxdur.

“Hazırda Rusiya sülhməramlılarının fəaliyyətinə dair hər hansı bir sənəd hazırlanmır və belə bir məsələ gündəlikdə deyil”, - deyə nazir əlavə edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az