Daxili İşlər orqanlarında kadr dəyişikliyi baş tutub.
Manset az-ın əldə etdiyi məlumata görə, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun müvafiq əmri ilə Nərimanov Rayon Polis İdarəsinin baş müstəntiqi polis mayoru Elşən Zamanov tutduğu vəzifəsindən azad olunub. Onun yerinə digər əmrlə polis mayoru Elşən Həsənov Nərimanov Rayon Polis İdarəsinin baş müstəntiqi təyin edilib.
Qeyd edək ki, polis mayoru Elşən Zamanovun Nizami Rayon Polis İdarəsinin İstintaq şöbəsinin rəisi təyin olunması ilə bağlı Manset.az xəbər dərc etmişdi.
Əli VƏLİYEV
Manşet.az