Avropa Birliyi Azərbaycana başsağlığı verdi

18:17 - 19 Yanvar 2023

Avropa Birliyi Azərbaycana başsağlığı verdi

Avropa Birliyi sülhdolu, sabit və firavan Cənubi Qafqazın tərəfdarıdır.

 

Manset.az xəbər verir ki, bunu AB-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Peter Mixalko Tviter səhifəsində yazıb.

O, Şəhidlər xiyabanında 20 Yanvar şəhidlərinin məzarını ziyarət etdiyini bildirib.

“Bu gün Avropa Birliyinin səfirləri Bakıdakı Şəhidlər xiyabanına gül dəstələri düzərək, Qara Yanvar faciəsi qurbanlarının xatirəsini yad ediblər. Həmin faciəli hadisələrin qurbanlarının ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk”, - o vurğulayıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az