AKP Ümumi Qərargahı bomba xəbərdarlığına görə boşaldılır.
Manset.az xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.
AK Partiyanın sədr müavini Həmzə Dağ məsələ ilə bağlı bildirib ki, xəbərdarlıq ehtiyat tədbirləri üçündür. O, rutin təhlükəsizlik tədbirləri səbəbiylə yalnız balkon çıxışının ediləcəyi mərtəbənin axtarıldığını, bomba təhlükəsinin olmadığını bildirib.